Bu gün İranda keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinin seçkilərində Qərbi Azərbaycan əyalətinin Urmiya və Sulduz (Nəqədə) şəhərlərində seçici aktivliyinin yüksək olacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, buna səbəb hökumətin bu dəfə də Azərbaycan şəhərlərində türk və kürd namizədlər arasında rəqabəti qızışdırmaq planının baş tutmasıdır.
Hər iki tərəfdən olan namizədlər və onları dəstəkləyən qruplar başqa tərəfin namizədlərinin qalib gəlməməsi üçün çağırışlar edib, başqa şəhərlərdən qruplar halında Urmiya və Sulduza seçicilər gətirirlər.
Yerli sosial media fəallarının verdiyi məlumata görə, səhər saatlarından başlayaraq, Soyuqbulaq, Bukan, Üşmü və başqa bir neçə bölgədən Urmiya və Sulduza kürd seçicilərin axını başlayıb.
Bununla yanaşı, xaric və daxildə fəaliyyət göstərən bir neçə güneyli fəal və qurum da oxşar çağırışlar edərək, Azərbaycana qarşı ərazi iddiası edən kürd namizədlərin seçilməməsi üçün azərbaycanlıları Qərbi Azərbaycan əyalətində keçirilən seçkilərdə fəal olmağa çağırıb.
Qərbi Azərbaycan əyalətinin 4 milyonluq əhalisinin təxminən 20 faizini kürdlər təşkil edir.
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto