Moskvanın dəfn agentlikləri Aleksey Navalnının cəsədini morqdan vida mərasiminin keçiriləcəyi kilsəyə daşımaqdan imtina edirlər. Səbəb anonim təhdidlərdir.
BUTA.TV xəbər verir ki, bunu Navalnının keçmiş mətbuat katibi Kira Yarmış bildirib.
“Əvvəlcə bizə Alekseylə vidalaşmaq üçün cənazə evi icarəyə götürməyə icazə vermədilər. İndi bizə deyirlər ki, cənazəni kilsəyə aparmağa heç bir cənazə maşını razılaşmayacaq”, - Yarmış bildirib.
Xatırladaq ki, Aleksey Navalnı ilə vida mərasimi martın 1-də günortadan sonra Moskvanın Marino rayonundakı pravoslav kilsəsində planlaşdırılır. Onun Borisov qəbiristanlığında dəfn olunacağı bildirilir.
Yeri gəlmişkən, dəfn mərasiminin keçiriləcəyi kilsədə audio və video çəkilişləri qadağan edən yeni bildirişlər vurulub. Hadisə şahidləri bildirib ki, qəbiristanlığın girişində şlaqbaumlar quraşdırılıb. Hüquq-mühafizə orqanları ziyarətçilərin pasportlarını yoxlayıb, sorğu-sual edir.
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto