Fransa terrora dəstək verən əsas ölkədir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə deyib.
O bildirib ki, Fransa şirkəti olan “La Farge” Suriyada terrorçular üçün mağaralar hazırlayır:
“Amma bu, işə yaramadı. Biz Suriyanın şimalında “La Farge”nin bütün mağaralarını dağıtdıq”.
Dövlət başçısı söyləyib ki, Türkiyəni istədikləri kimi idarə etməyə çalışan imperialist güclər var:
“Biz həm daxili, həm də xarici təhdidlərlə mübarizə aparırıq. Koronavirus pandemiyası və Rusiya ilə Ukrayna arasında müharibə olmasa idi, imperialist güclər daha nələr edərdilər, Allah bilir. Bizim ən böyük uğurumuz bütün çətinliklərə rəğmən, ölkəmizdəki demokratiyanı qorumaqdır”.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq