Ötən gün Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın toyu baş tutub.
Bakıdakı restoranlardan birində keçirilən toyda sənət adamları da iştirak edib. Məclisdə “Bozbaş Pictures” komandasından olan aktyor Nicat Rəhimov, Elşən Orucov və İlkin Həsəninin də iştirak etməsi marağa səbəb olub.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, aktyorlar qız evinin qonağı kimi məclisdə iştirak ediblər.
Qeyd edək ki, “Fəlakət” obrazı ilə məşhurlaşan aktyor Elşən Orucov bir müddətdir ki, Türkiyədə seriala çəkilirdi. O, ötən gün Bakıya geri dönüb və məclisdə qonaqların arasında olub.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq