Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, hadisə bu gün Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 74 ünvanında qeydə alınıb.
Belə ki, taksi kimi fəaliyyət göstərən "Renault" markalı avtomobilin sürücüsünün sükan arxasında halı qəfil pisləşib.
Nəticədə idarəetməni itirərək yolun kənarında dayanan "Ford" və "Mersedes" markalı avtomobillərə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, "Renault" dayananda artıq sürücü dünyasını dəyişmişdi.
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı