Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi, sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
“Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər - hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar - azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Biz Xocalıda böyük abadlıq işlərinə də start vermişik” - İ.Əliyev qeyd edib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır