"Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən "Azərbaycan supermarket" MMC-nin tərkibinə daxil olan "Bravo" hipermarketin qarşısındakı pulsuz parkinq xidməti artıq ödənişli fəaliyyətə keçirilib.
Bu barədə daxil olan məlumatda deyilir ki, sözügedən ərazidə 1 saat müddətində parklanma pulsuz olsa da, növbəti saata keçdikdə xidmət haqqı 2 manat olur. Qeyd olunub ki, mağazalar şəbəkəsinin parkinqləri digər ərazilərdə də ödənişli olub. Bu vəziyyətdən narazılıq edən vətəndaşlar bildirirlər ki, alış-veriş üçün “Bravo”ya getdikləri zaman pullu parkinqə görə avtomobillərini yol kənarında saxlamağa məcbur olurlar. Çünki hipermarketdə alış-veriş 1 saatdan artıq müddətə başa gəlir. Qeyd olunub ki, ödənişsiz parklanmanın müddəti minimum 2 saat olmalıdır.
Pravda.az "Bravo"ya sorğu ünvanlayıb, 1 həftə keçməsinə baxmayaraq, məsələ ilə bağlı mövqe bildirilməyib. Ehtimal edilir ki, həmin parkinqlərdə mağazalara alış-verişə gəlməyən sürücülər də avtomobillərini park etdiklərinə görə bu addım atılıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır