Ermənistanda "Torpaq Mühafizəsi" hərəkatının üzvü olan hərbçi Qor Asatryan fevralın 13-də qəflətən dünyasını dəyişməyibmiş.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, istintaqın ilkin nəticələrinə görə, hərbçi Zəngilanda təxribat baş verən gün, yəni fevralın 12-də öldürülüb.
Məlumata görə, 40 yaşlı hərbçi mübahisədən sonra fevralın 12-nə keçən gecə güllələnib. Onu öldürməkdə şübhəli bilinən hərbçi yoldaşı T.K. artıq həbs edilib.
Qeyd edək ki, bu hadisədən bir neçə saat sonra eyni ərazidə atəşkəs pozulub. Həbs edilən hərbçinin bu əməlini ört-basdır etmək üçün atəşkəsi qəsdən pozduğu da istisna edilmir.
Xatıradaq ki, fevralın 12-də Zəngilan rayonu istiqamətindəki şərti sərhəddə baş verən erməni snayperinin təxribatı nəticəsində DSX-nin bir hərbçisi yaralanıb. Buna cavab olaraq DSX "qisas əməliyyatı" keçirib, düşmənin sözügedən postunu dağıdaraq 4 erməni hərbçini məhv edib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır