Azərbaycan ictimai fikrinin və mediasının tam-tamına bütün diqqəti Əhməd istintaq təcridxanasında özünü necə aparması və Şüvəlan məktəblisinin bullinqinə kökləndiyi məqamda ermənilərin Sankt-Peterburqda Bakı ilə bağlı sərgi təşkil etdiyi haqda məlumat yayılır.
BUTA.TV xəbər verir ki, sərgi “Bakının erməni tarixi-mədəni izi” adlanır.
Məlumatda bildirilir ki, sərginin məqsədi erməni neft istehsalçılarının, memarlarının, inşaatçılarının, idman və mədəniyyət xadimlərinin “uzun əsrlər boyu” Bakı şəhərinin inkişafında əvəzsiz töhfələrini göstərməkdir.
1987-ci ilin Pasxa bayramı ilə bağlı unikal videolar da nümayiş etdiriləcək: 1930-cu ildə “sökülən” Bartholomeos Ana Kilsəsinin 3D modelini hazırlaıb ermənilər, izləyicilərə göstərəcəklər, həmçinin Bakıdakı erməni kilsəsindən bəhs edəcəklər.
Erməni təbliğat maşını çalışır, Bakıda “yüzillərin erməni izini” dünyaya göstərirlər – halbuki Bakıya ermənilərin gəlişi ümumiyyətlə Çar Rusiyasının son dövrlərinə, Bakının neft şəhəri kimi məşhurlaşmasından sonraya təsadüf edir.
Yeri gəlmişkən, bullinqə uğrayan qızın anasını-atasını tapmamışıq, həmçinin qızın başında qırılan yumurtanın hansı mağazadan və neçəyə alınması kimi ən mühüm detalı araşdırmaqda gecikirik. Əhmədin səs-küyünün də tempi, diapozonu və dustaqlardan dəqiq neçəsini narahat etdiyini üzə çıxarmaqda çətinlik çəkirik - baxşəliyevlərin və onların efirlərdəki layiqli davamçıları mütləq bu gizlinləri aşkar edər, inşallah.
Bir də səhv etmirəmsə, bu gün TV-lərdəki qazanlar ocaq üstündə qaldı…
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır