Türkiyənin dövlət bankları Rusiya vətəndaşları üçün hesablar açmağa davam edir, şərtlər yaşayış icazəsi və işləmək hüququdur.
BUTA.TV xəbər verir ki, bunu “RİA Novosti”yə “Ziraat” dövlət bankının Ankaradakı filialının nümayəndəsi bildirib.
“Rusiya vətəndaşları üçün hesablar açılır. Şərtlər yaşayış icazəsi, işləmək hüququ və ya tələbə vizasının olmasıdır. Türkiyə dövlət banklarına ruslara hesab açılmasına qadağa qoyulması ilə bağlı heç bir bildiriş daxil olmayıb”, - o bildirib.
Qeyd edək ki, yanvarın 1-dən türk ixracatçılar bankların Rusiyadan pul köçürmələrini qəbul etməkdən imtinaları ilə üzləşib. Problem qismən ABŞ-ın sanksiyalarına görə Türkiyəyə təzyiqlə bağlıdır.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır