Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Çeçenistana səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.
Kadırovun paylaşımında bildirilib ki, Medvedyev Qroznıya işgüzar səfəri zamanı respublikanın Hərbi Komissarlığına baş çəkib, 10 "Niva" markalı avtomobil hədiyyə edib.
“Kollektiv fəaliyyət, kollektiv iş nəticəsində biz sizə bu avtomobilləri veririk, zəhmət olmasa, onlardan istifadə edin”, – Medvedyev Kadırovun Teleqram kanalında yerləşdirdiyi videoda bildirib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır