“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlinə görə Antalya Ağır Cəza Məhkəməsində qərar verilib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, prokuror Azərbaycan Respublikasının vətəndaşları Əli Mövlamlı və Rəsul Həsənova bəraət verilməsinə dair hökm çıxarmaqla məhkəmə zalından azadlığa buraxıb.
Xan ləqəbli Xaqan Zeynallı və Əmir Mövlamlı barəsində isə proses davam etdirilir.
Qeyd edək ki, Əli Mövlamlı və Rəsul Həsənovun ömürlük həbsi tələb edilirdi.
Xatırladaq ki, Lotu Quli ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı