Masada vacib bir məsələ vardı: tərəflər Praqada dördtərəfli görüş, eləcə də Brüssel danışıqları zamanı əldə edilmiş razılaşmaları təsdiqləyəcəklərmi? Ümumiləşdirsək, qeyd etmək olar ki, tərəflər bu razılaşmalara sadiq qalırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə Prezident İlham Əliyevlə keçirdiyi görüşün nəticələri barədə erməni diasporuna məlumat verərkən deyib.
“Xarici işlər nazirlərinin tezliklə görüşməsi, bundan sonra sərhədlərin demarkasiyası ilə bağlı görüşün də baş tutması razılaşdırılıb. Ümumiyyətlə, əldə olunmuş razılaşmalara əməl olunarsa, o zaman razılaşmaların həyata keçirilməsi sərhəddəki gərginliyin azaldılmasına kömək edər, bir daha deyirəm, razılaşmalara əməl olunarsa. Biz öz tərəfimizdən, əlbəttə ki, bu razılaşmalara əməl etməkdə qərarlıyıq”, - Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətni üzrə gələcək müzakirələrə və razılığa həsr olunmalıdır:
“Əlbəttə ki, sülh sazişinin bir sıra maddələri razılaşdırılıb, lakin bir sıra əsas maddələr hələ də razılaşdırılmayıb. Bu istiqamətdə işlər aparılmalıdır və biz bu işi həyata keçirməyə razılaşdıq”.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı