Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron "Skay Nyus" telekanalına müsahibəsində bildirib.
"Buna görə məsuliyyət daşıyan ayrı-ayrı adamların və bu istiqamətdə görüləcək tədbirlərin olub-olmamasına baxırıq. Sanksiyaları əvvəlcədən elan etmirik, ona görə də əlavə bir şey deyə bilmərəm", - Kemeron söyləyib.
Qeyd edək ki, fevralın 16-da rusiyalı müxalif lider, 47 yaşlı Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda