Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Teleqram kanalında məlumat yayıb.
"Münhen Təhlükəsizlik Konfransında mən ABŞ Prezidenti Co Baydenlə telefonla danışdım. Biz döyüş meydanındakı mövcud vəziyyəti müzakirə etdik. Şadam ki, ABŞ Prezidentinin tam dəstəyinə arxalana bilərəm”, - Zelenski bildirib.
Ağ Evdən verilən açıqlamada isə Baydenin Zelenskiyə zəng etdiyi bildirilib. Qeyd edilib ki, Ukrayna ordusunun Avdeyevkadan geri çəkilməsinə toxunulub və Bayden Rusiyanın qəddar işğalının iki illiyi ərəfəsində ABŞ-ın Ukraynaya dəstək vermək öhdəliyinə sadiq qaldığını vurğulayıb.
Bayden həmçinin Respublikaçılar Partiyasında Donald Trampın tərəfdarlarının çoxunun etirazına baxmayaraq, Konqresin müvafiq maliyyələşdirməni təsdiq edəcəyinə ümid etdiyini bildirib.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda