Bu gün həbsdə ölən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Münhen Təhlükəsizlik Konfransında çıxış edərək ərinin ölümü ilə bağlı xəbərləri şərh edib.
BUTA.TV xəbər verir ki, onun çıxışı siyasətçinin Yutub kanalında yayımlanıb.
“Yalnız Rusiya hökumət mənbələrindən aldığımız bu dəhşətli xəbərə inanıb-inanmayacağımı bilmirəm. Biz uzun illərdir ki, Putinə və Putin hökumətinə etibar edə bilmirik. Həmişə yalan danışırlar. Amma əgər bu doğrudursa, mən istəyirəm ki, Putin və onun ətrafındakı hər kəs bilsin ki, ölkəmizə, mənim ailəmə qarşı etdikləri hər şeyə görə məsuliyyət daşıyırlar və cavab verəcəklər. Və o gün çox yaxındadır”, - Navalnaya bildirib.
O, beynəlxalq ictimaiyyəti birləşməyə və “şəri məğlub etməyə” çağırıb.
Qeyd edək ki, bu gün Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda