İllər əvvəl "Bilirəm gələn deyilsən" mahnısı ilə məşhurlaşan müğənni Lamiyə Novruzova Türkiyədə ailə qurub.
BUTA.TV bizim.media-ya istinadən bildirir ki, sənətçi 38 yaşında Uğur Piro adlı türk vətəndaşı ilə nikaha daxil olub. Lamiyə nikahı zamanı çəkilən foto və videoları sosial şəbəkə hesabında sevənləri ilə bölüşüb. Müğənni paylaşımına "Evlilik günümüz mübarək, eşqim" şərhini yazıb. Novruzovanın ailə qurmasına izləyicilərdən çox sayda təbriklər gəlib.
Qeyd edək ki, Lamiyə uzun müddətdir ki, Türkiyəyə köçüb. O, ötən il Kahramanmaraşda zəlzələ nəticəsində köməksiz vəziyyətdə qalan insanlara maddi yardımlar edib.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək