Ukrayna Prezidenti Vladimir Zelenski Berlinə gedib. Onun Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır. Görüş çərçivəsində Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi məlumat yayıb.
“Qarşıda iki mühüm gün var. Almaniya və Fransadakı tərəfdaşlarla görüşlər, yeni razılaşmalar və Münhen Təhlükəsizlik Konfransında iştirak nəzərdə tutulur. Ukrayna üçün yeni təhlükəsizlik arxitekturası, yeni imkanlar yaradılır”, - məlumatda deyilir.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək