Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş 50-500 metrədək məhdudlaşıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur. Görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb, nisbi rütubət 88-92 faiz intervalında olub.
Dumanlı hava eyni zamanda Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub.
Ölkə ərazisində son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.
Sürücülərdən dumanlı hava şəraitində daha diqqətli olmaları, yola çıxarkən ehtiyatlı davranmaları xahiş olunur.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək