Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır və azərbaycanlı tərəfdaşlarla əlaqələri planlaşdırıb. O, həmçinin sülh müqaviləsi mövzusunu müzakirə edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Biz ondan çıxış edirik ki, Xovayev regiona səfərini davam etdirsin və yaxın vaxtlarda İrəvana səfər etsin, dostluq, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edə bilsin ki, bu təmaslar həqiqətən də reallaşdırılsın”, - o bildirib.
Qeyd edək ki, Xovayevi bu gün Bakıda XİN başçısının səlahiyyətlərini icra edən Ceyhun Bayramov qəbul edib.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı