Oğlu tərəfindən qətlə yetirilən Əhmədov Mehman Əhməd oğlu ilə ad, soyad və ata adımız üst-üstə düşür, amma o, mən deyiləm.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İnfranstruktur departamentinin sabiq rəisi Mehman Əhmədov qətlə yetirilməsi haqda xəbəri təkzib edərkən deyib.
O, övladı tərəfindən qətlə yetirilən şəxslə heç bir əlaqəsi olmadığını bildirib:
“Bəli, mən də Mehman Əhməd oğlu Əhmədovam, amma həmin şəxs deyiləm. İnformasiya düzgün verilməyib. Sadəcə, Quqlda ad, soyad, ata adını yazıb adamın kimliyini öyrənmək istəyiblər, nəticə də belə olub.
Bəli, 2022-ci ilin sonuna kimi ADY-də İnfranstruktur Departamentinin rəisi olmuşam və cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Həmin informasiyanı götürüb, xəbərə əlavə ediblər. Axı ad-soyad uyğun gəlir. Bu məsələ mənə, ailəmə, doğmalarıma, dostlarıma böyük sarsıntı yaşatdı”.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı