Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı oğlunu öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir.
BUTA.TV xəbər verir ki, bu gün qətlə yetirilən Mehman Əhmədovun əmisi Simnar Əhmədov Report-a bildirib ki, Əhməd Əhmədov ailədən ayrı yaşayıb:
"Oğlanın psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanaya yerləşdirin. Anası məktəb direktoru idi. Ailədaxili problem yox idi. Mehriban ailə idilər. Atası ona ayrı ev almışdı. Mehman biznesmen, Əhməd isə idmançı idi".
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi