Rusiya tərəfində Ukraynada döyüşən nepallıların qohumları Moskvadan onları geri qaytarmağı tələb edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Rusiya 2000 dollar müqabilində 15 min nepallını ordu sıralarına cəlb edib.
“Mən rus ordusuna əylənmək üçün getməmişəm. Nepalda iş tapmaq imkanım yox idi. Ancaq geriyə baxanda bu düzgün qərar deyildi. Bu qədər tez uzaqlaşdığımızın fərqində deyildik”, - rus ordusunun tərkibində döyüşən nepallı muzdlulardan biri bildirib.
Onun sözlərinə görə, Rusiyada ona ayda 2 min dollar maaş və vətəndaşlıq təklif ediblər:
“Moskvadan məni əvvəlcə təlimə, ordan da Baxmuta göndərdilər. Orada təxminən 1 ay qaldım və yaralandım”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi