Dollardan xarici siyasət mübarizəsi vasitəsi kimi istifadə etməsi ABŞ siyasi rəhbərliyinin ən ağır strateji səhvlərindən biridir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. “Dollar ABŞ-ın dünyada gücünü saxlamaq üçün əsas silahdır. Siyasi rəhbərlik dollardan siyasi alət kimi istifadə etmək qərarına gəldikdən sonra ABŞ-ın bu gücünə hücum etdi. Ədəbsiz ifadələr işlətmək istəmirəm, amma bu axmaqlıq və böyük səhvdir”, - Putin bildirib.
Onun sözlərinə görə, 2022-ci ilə qədər Rusiyanın xarici ticarətinin 80 faizi dollarla aparılırdısa, indi bu rəqəm xeyli azalıb:
“2022-ci ilə qədər Rusiyanın xarici ticarətində ödənişlərin təxminən 80 faizi dollar və avro ilə olub. Eyni zamanda, üçüncü ölkələrlə hesablaşmalarımızın təxminən 50 faizini dollar təşkil edirdi və indi, məncə, cəmi 13 faiz qalıb. Amma dollardan istifadəni qadağan edən biz deyildik, buna can atmadıq. ABŞ dollarla ödənişlərimizi məhdudlaşdırmaq qərarına gəldi. Düşünürəm ki, bu, ABŞ-ın özünün, vergi ödəyicilərinin maraqları baxımından tamamilə cəfəngiyatdır. Bu, ABŞ iqtisadiyyatına zərbə vurur və dünyadakı gücünü sarsıdır”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi