Ötən il Türkiyə Muaytay Federasiyası (TMF) və Azərbaycan Muaytay-tayboks Federasiyası rəhbərləri arasında baş tutan danışıqlara əsasən, Türk Dövlətləri Muaytay Çempionatının təşkil edilməsi razılaşdırılıb.
BUTA.TV xəbər verir ki, Azərbaycandan dəstək almaq üçün Türkiyə Gənclər və İdman Nazirliyinin baş katibi, TMF-in kuratoru Qorxmaz (Korkmaz) Atalay, TMF-nın Mərkəz Yürütmə Kurulu başqanı Ataxan İli Azərbaycan Muaytay-tayboks Federasiyasının qonağı olub, keçiriləcək çempionat barədə ilkin danışıqlar aparıblar. Digər türk dövlətləri muaytay federasiyaları ilə də razılaşma əldə edildikdən sonra təkliflər paketi türk dövlətlərinin idman nazirliklərinə təqdim olunacaq.
TMF-dən verilən son məlumata əsasən, Türkiyə Gənclər və İdman Nazirliyi Türk Dövlətləri Muaytay Çempionatının 6-10 sentyabr 2024-cü il tarixlərinə təyin edilməsini təsdiq edib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi