Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.
“Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və Əliyevin öz taktikası ilə ötən ilin sentyabrında Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, qondarma separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək.
Paşinyan sözünün sahibi deyil. Amma Əliyevin məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma Əliyev müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq mümkün deyil, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır”, - o bildirib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi