Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, lider “Fənərbağça” səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Qonaqların heyətində Cəngiz Ündər və Mişi Batşuayi fərqləniblər.
Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib.
Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü
- İçərişəhərdə qala divarları bərpa edildi - Video
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO