İraqın Ənbar əyalətinə bağlı Əl Kaim şəhəri və sərhəd ərazilər ABŞ qırıcılarının hücumlarına məruz qalıb. Bu hücumlar İraqın bölgədə sabitliyi qorumağa çalışdığı bir vaxtda baş verdi.
BUTA.TV xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin sözçüsü, general Yəhya Rəsul deyib.
“Bu, İraqın suverenliyinin pozulması və hökumətin səylərinə zərbə vurmaq deməkdir. Sözügedən ABŞ hücumları İraqı və bölgəni arzuolunmaz nəticələrə sürükləyən təhlükədir. Bunun nəticələri İraq və regionun həm təhlükəsizliyi, həm də sabitliyi üçün ağır olacaq”, - Y.Rəsul vurğulayıb.
Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə zərbələr endirməyə başlayıb.
- Putin sui-qəsddən qorxur: Mühafizə gücləndirilib...
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü
- İçərişəhərdə qala divarları bərpa edildi - Video