Bizim səylərimizə baxmayaraq, orduda qanundankənar münasibətlər ("dedovşina") nəticəsində ölüm halları hələ də qeydə alınır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində deyib.
“2024-cü ildə məqsədimiz belə halların sayını sıfıra endirmək olacaq. “Dedovşina” ilə bağlı halların olması faktından qaçmırıq. Problemin kökünü müəyyən etmək üçün həll yolu axtarırıq və digər orqanlarla əməkdaşlıq edirik. Bu ardıcıl iş öz nəticəsini verəcək.
Hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olması ciddi problemdir. Eyni zamanda, statistikaya yol-nəqliyyat hadisələri nəticəsində hərbi qulluqçular arasında itkilərin sayı (2023-cü ildə 12, 2022-ci ildə 17 hadisə) daxildir”, - Papikyan əlavə edib.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video