Məşhur amerikalı aktyor Karl Uezers 76 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə aktyorun ailəsi açıqlama yayıb.
"Karl Uezersin vəfatı bizi dərindən kədərləndirdi. O, 1 fevral 2024-cü il vəfat etdi. Karl qeyri-adi həyat sürən müstəsna bir insan idi. Kino, televiziyaya verdiyi töhfələrlə incəsənətdə, idmanda silinməz iz buraxdı və bütün dünyada tanındı, - açıqlamada bildirilib.
Qeyd edək ki, o, 75-dən çox film və teleşouya çəkilib. Daha çox Silvester Stallone ilə birlikdə çəkildiyi ilk dörd "Rokki" filmindəki Apollon Kred rolu ilə tanınır. Karl Uezers həmçinin “Yırtıcı” filmində də rol alıb.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı