Rusiya Litvaya hücum edəcəyi təqdirdə Almaniya Silahlı Qüvvələri rus ordusuna müqavimət göstərə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Potsdam Universitetindən məşhur hərbi tarixçi Zenke Neytzel yerli mediaya müsahibəsində deyib.
“Artıq Almaniya ordusunun döyüşməli olacağını istisna edə bilmərik. Təbii ki, döyüşəcək, amma bu məqamda yəqin ki, ancaq ləyaqətlə ölməyi bacardığını sübut edə bilər. Sonra ruslar Belarus sərhədindən Vilnüsə 30 kilometr irəliləyəcəklər”, - o bildirib.
Neytzel vurğulayıb ki, indi Fransa və İtaliya da genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə hazır deyil:
“Həqiqətən də müdafiə naziri Boris Pistorius ölkəni müharibəyə hazır vəziyyətə gətirmək istəyir. Amma deyin, sıravi əsgər hər hansı dəyişiklik hiss etdimi? Onlar idmanla məşğul olmurlar, daha çox tapşırıq yerinə yetirmirlər, heç bir döyüş ehtiyatı da yoxdur”.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı