Almaniyada demək olar ki, bütün ölkə üzrə şəhər ictimai nəqliyyatının işçiləri tətillər keçirir.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, tətillərdə avtobus, tramvay sürücüləri və metro qatarlarının maşinistləri iştirak edir.
Belə ki, tətil Bavariya istisna olmaqla, bütün federal torpaqlarda keçirilir.
Ver.di həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası keçirməyən yeganə böyük şəhər Axen və Mannheim-Heidelberq-Ludvigshafen bölgəsidir.
Etiraz aksiyalarının əsasən sabah başa çatacağı bildirilir.
Həmkarlar ittifaqı Almaniyada inflyasiyanın artması və iş şəraitinin yaxşılaşması fonunda 90 min üzvünün maaşının artırılmasını tələb edir.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı