İnsanlar Marsda yaşamırlar, amma buna baxmayaraq, artıq bu planetdə böyük həcmdə texnogen tullantılar yığılıb. Belə ki, 53 il ərzində kosmosa uçuşlar zamanı Qırmızı planetdə 7,12 ton müxtəlif tərkibli tullantılar toplanıb.
BUTA.TV “Deyli Meyl” nəşrinə istinadla xəbər verir ki, Marsdakı tullantılar arasında metal parçaları, ekranlar, paraşütlər, bıçaqlar, parça torları, həmçinin sıradan çıxmış kosmik qurğular var. Məsələn, tarixdə Marsın səthinə toxunan ilk süni obyekt olan sovet “Mars-2” eniş aparatı (1971), 2023-cü ildə Yerə qayıdan Britaniyanın “Beagle-2” kosmik gəmisi və nasazlıq səbəbindən 2024-cü ildə missiyasını tamamlayan NASA-nın “İngenuity” helikopteri planetin orbitinə və səthinə tullantılar buraxıb.
Alimlər başqa planetlərdə elmi nailiyyətlərlə yanaşı, həm də kosmosda ətraf mühitin mühafizəsi balansının qorunub saxlanılmasının vacibliyini vurğulayırlar. Problemin həlli Marsa enərkən komponentlərini ətrafa tökməyən və ya tədqiqatları başa vurduqdan sonra Yerə qayıda bilən kosmik aparatlardır.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video