Bundestaqın üzvü Norbert Röttgen Almaniya kansleri Olaf Şoltsdan Ukraynanın Rusiyadan daha vacib olduğunu etiraf etməyi tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
“Zaman faktoru daha çox Putinin tərəfindədir və Rusiyanın artan hücumu səbəbindən Ukrayna ətrafında vəziyyət tezliklə Qərb üçün daha da pisləşəcək. Buna görə də Kiyevin tələblərini yerinə yetirmək və “Taurus” qanadlı raketlərini Ukraynaya ötürmək lazımdır, lakin Şolts onları Kiyevə göndərməyə razı olmayacaq. Kansler bunu istəmir və daim bəhanələr axtarır. O və hətta Almaniya Sosial Demokrat Partiyasının əksəriyyəti hələ də belə fikirdədirlər ki, baş verən hər şeyə baxmayaraq, Rusiya Avropanın təhlükəsizliyi üçün Berlin və Moskva arasındakı bütün dövlətlərdən daha vacibdir və vacib olaraq qalır”, - o bildirib.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu