Almaniyada fevralın 1-də ən azı 1100 reys ləğv ediləcək, bu isə təxminən 200 min sərnişinə təsir göstərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın ADV Hava Limanları Assosiasiyası məlumat yayıb.
Məlumata görə, buna səbəb “Ver.di” həmkarlar ittifaqının təşkilatçılığı ilə hava limanının təhlükəsizlik işçilərinin bir günlük xəbərdarlıq tətilidir:
“Tətil ölkənin 11 hava limanında keçiriləcək: Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurtda. Tətil Münhen və Nürnberq hava limanlarına təsir etməyib, lakin bu limanlardan yuxarıda adı çəkilən şəhərlərə bütün uçuşlar ləğv ediləcək”.
Qeyd edək ki, ötən gün yalnız Berlindən 1 fevral tarixi üçün 170 reysin ləğv edildiyi bildirilmişdi.
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq