İsrail Qəzza zolağından qoşunlarını çıxarmaq niyyətində deyil və minlərlə fələstinlini həbsdən azad etməyəcək. Anklavda hərbi əməliyyatlar tam qələbəyə qədər davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatı ilə yeni sazişin mümkünlüyü ilə bağlı xəbərləri şərh edərkən deyib.
“Mən müxtəlif sövdələşmələr haqqında bəyanatlar eşidirəm, ona görə də aydınlaşdırmaq istəyirəm: Biz bu müharibəni onun bütün məqsədlərinə çatmayana qədər bitirməyəcəyik. Bu da HƏMAS-ın məhv edilməsi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın İsrail üçün təhlükəsiz vəziyyətə gətirilməsindən ibarətdir.
İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri olmayacaq. Amma nə olacaq? Tam qələbə...", - deyə baş nazir bildirib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi