Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması ölkəyə heç bir şəkildə təsir etməyəcək, lakin gələcəkdə Assambleyanın özü üçün fəlakətli nəticələri ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Report-a politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Azərbaycan nümayəndə heyəti ilə AŞPA arasında əməkdaşlığın qeyri-müəyyən müddətə dayandırılmasına münasibət bildirərkən deyib.
"Azərbaycanla AŞPA arasında münasibətlərin böhrana düşməsinin əsas səbəbi Assambleyanın bir sıra deputatlarının vicdansızlığıdır. Fransanın təsiri ilə bir neçə ermənipərəst, anti-Azərbaycan və yalan bəyanatlar veriblər”, - o vurğulayıb.
Politoloqun fikrincə, ümumiyyətlə, təşkilatın gələcəyi qeyri-müəyyəndir:
"AŞPA sadəcə olaraq Avropa Parlamentinin fəaliyyətini təkrarlayır. Əgər orada yalnız Avropa Birliyinə üzv dövlətlər qalırsa, o zaman AŞPA-nın fəaliyyətinin sadəcə mənası yoxdur”.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi