TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib.
BUTA.TV xəbər verir ki, qurumdan Report-a verilən açıqlamada əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınmasının qanunla nəzərdə tutulmadığı bildirilib.
Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər:
“Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər".
Qeyd edək ki, sosial şəbəkədə qızılcaya yoluxan şəxslə təmasda olanların evdə karantində saxlanılmadıqlarından məktəb, uşaq bağçalarında və digər ictimai yerlərdə xəstəliyi yaymaları barədə fikirlər səsləndirilir.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi