Finlandiyada prezident seçkisinin ikinci turuna keçən əsas namizədlər - keçmiş baş nazir Aleksandr Stubb və sabiq xarici işlər naziri Pekka Haavisto arasında Rusiya Prezidenti Vladimir Putinin zənginə cavab verib-verməmək barədə müzakirə aparılıb.
BUTA.TV xəbər verir ki, bu, Finlandiyanın “Yle” telekanalının efirində baş verib.
Məlum olub ki, Stubb və Haavisto “Putinin təbrik zənginə” cavab verib-verməyəcəyi ilə bağlı fərqli fikirləri var.
Stubb vurğulayıb ki, Putin təbrik üçün zəng etsəydi, telefon çox uzun müddət çağırardı:
“Cavab verməzdim. Putin bundan bir növ təbliğat kimi istifadə edərdi. Hazırda Rusiya ilə heç bir münasibətimiz yoxdur”.
Rəqibindən fərqli olaraq, Haavisto telefonu götürəcəyini qeyd edib:
“Dövlət başçısı zəng edəndə cavab veririk. Telefonumu prezident sarayında xadiməyə verməzdim. Təbrikləri qəbul edərdim”.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi