İordaniyada ABŞ hərbi bazasına hücumun arxasında İranın dayanması haqqında Amerika tərəfinin iddiası həqiqəti əks etdirir.
Bu sözləri BUTA.TV-a SEPAH-ın sabiq əməkdaşı, polkovnik Əli Rzayi deyib.
Polkovnik bildirib ki, İran yeni müharibə astanasındadır:
“Hücumu Kataib Hizbullahın həyata keçirdiyi bildirilsə də, “Ən-Nücəba” (İraq Nücəba İslami Müqavimət Hərəkatı) məsuliyyəti üzərinə götürüb. “Nücəba” və “Kətaib” Həşdi-Şabi qruplaşmasına aiddir və İran tərəfindən raket və PUA-lar, maliyyə ilə təmin olunur. Yəni İran hər nə qədər etiraf etməsə də, hücum birbaşa onunla bağlıdır. İndiki durum isə İranın əleyhinədir. Hətta müharibə ehtimalı da mümkündür”.
Polkovnikin sözlərinə görə, İranın bu cür hücumları təşkil etməkdə bir neçə məqsədi var:
“İranın məqsədi sərhədlərindən kənarda xaos yaratmaqla savaşı özündən uzaqlaşdırmaqdır. Çünki yalnız bu yolla dövlətlər Amerika və İsrailə İrana zərbə endirməmək üçün təzyiq göstərər. Hətta Pakistana hücum etməsinin arxasında da bu dayanırdı. Demək istəyirdi ki, təhlükədə olsa, onlarla ölkənin sabitliyini pozacaq. Necə ki, husilərin əli ilə Qırmızı dənizdə bir neçə ölkənin gəmisini vurmaqla, dünya iqtisadiyyatında çətinliklər meydana gətirdi. İran mövcud durumda küllü miqdarda ziyan vurmaqla özünə təhlükəsizlik qarantı almağı hədəfləyir. Rejim dünya güclərini bir növ şantaj etməklə İsraili geri oturmağa nail olmaq fikrindədir. Digər tərəfdən öz yaxın çevrəsinə və İranı dəstəkləyən qruplara sübut etmək istəyir ki, hələ də gücü var, istənilən ölkənin hücumlarına qarşı duruş gətirməyi bacarır, Amerikanın, İsrailin hücumları cavabsız qalmır”.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi