Dünyanın ən böyük kruiz gəmisi “Dənizlərin ikonası” (Icon of the Seas) ilk yeddi günlük Karib dənizi səyahətinə Floridadakı Mayami limanından yola düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Gəmi 40-dan çox restoran, kafe və barı olan 20 göyərtədə yatacaq, yeyəcək və əylənəcək 7600 sərnişini qəbul edə bilər. Burada həmçinin tropik bitki örtüyü olan kiçik park, teatr, karaoke, tennis və voleybol meydançaları, uşaqlar üçün attraksionlar və su parkı mövcuddur. Gəminin uzunluğu rekord - 365 m-dir”, - məlumatda deyilir.
Müqayisə üçün qeyd edək ki, “Titanik”in uzunluğu 269 metr olub, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmisi “Cerald R. Ford” isə 333 metrdir.
Futbol üzrə dünya çempionatının qalibi olan Argentina milli komandasının kapitanı Lionel Messi də açılış mərasimində iştirak edib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi