Nastya İvleyevanın “Mutabor” klubunda keçirdiyi “Çılpaq gecə” barədə Rusiya Prezidenti Vladimir Putinə rejissor Nikita Mixalkov xəbərçilik edib.
BUTA.TV xəbər verir ki. bu sözləri rusiyalı tanınmış jurnalist Kseniya Sobçak deyib.
O iddia edib ki, Mixalkov Putinə “666 və şeytan partiyası haqqında şərh”in müşayiəti ilə hadisədən video da göstərib.
“Putin ona hörmət edir, onu sevir və Mixalkov lazım olanda öz mövqeyini çatdırmaq, arqumentlər gətirmək, öz nöqteyi-nəzərini təqdim etmək və inandırmaq qabiliyyətinə malikdir. Ona görə də hakimiyyətdən belə sərt reaksiya oldu”, - Sobçak deyib.
Qeyd edək ki, “Çılpaq gecə” qalmaqalı rusiyalı ziyalıların da reaksiyasına səbəb olmuş, hətta bu gecədə iştirak edən Filipp Kirkorovdan “xalq artisti” adının geri alınması tələb edilmişdi.
- Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - Video
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı