2024-cü ilin ilk günlərində Qərbin maliyyələşdirməsi olmasa, Ukrayna daxili borclanmaya əl atmaq məcburiyyətində qalacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.
“Əgər bu dəstək yanvarın ilk günlərində gəlməsə, o deməkdir ki, B planına keçməliyik. B planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə borc kapitalı almaq üçün daxili bazara müraciət etmək və daxili bazarda vəsait əldə etmək kifayət edəcək. Bu, çox çətin olacaq, təbii ki, Maliyyə Nazirliyində əlavə gərginlik yarada bilər, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Lakin bu, yanvar ayı ərzində vəziyyətin yaxşılaşmasına imkan verəcək”, - Ustenko bildirib.
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni