Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri gələcək regional konfiqurasiyanın formalaşdırılması baxımından çox mühüm mərhələ olacaq.
BUTA.TV xəbər verir ki, belə bir iddianı rusiyapərəst erməni politoloq, “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan səsləndirib.
O bildirib ki, bu mənada Ermənistan istənilən ssenariyə hazır olmalıdır.
O, 19-20 sentyabr antiterror əməliyyatlarının uğurla başa çatmasından sonra Əliyevin bir qədər də yüksəltdiyi reytinqini “kapitallaşdırmaq” istəyinin mümkünlüyü ilə bərabər, Azərbaycan liderinin Ermənistan “cəbhəsi”ndə növbəti addımlar üçün daxili legitimlik əldə etmə niyyətini də istisna etməyib:
“Bu addımlar Ermənistanla sülh müqaviləsinin imzalanması və (və ya) “Qərbi Azərbaycan” ideyasının həyata keçirilməsi ola bilər. Bakının məntiqi belədir: onlar öz bayraqlarını Xankəndi və Şuşada qaldırıblar, növbəti məqsəd azərbaycanlıların İrəvana, Gorusa, Göyçəyə və s. qayıtması olmalıdır”.
Onun fikrincə, seçkilər həm də Əliyevə “xarici legitimlik qazanmağa” kömək edəcək:
“Onun Qarabağdakı “etnik təmizləmə”dən bir neçə ay sonra yenidən prezident seçilməsi və qələbəsinin əsas aktorlar tərəfindən tanınması mahiyyət etibarı ilə beynəlxalq ictimaiyyətin nöqteyi-nəzərində Qarabağda qanundankənar heç bir şeyin baş verməməsi demək olardı. Əliyev həm də, avropalıların dediyi kimi, etibarlı tərəfdaşdır”.
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni