Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində təmir işlərinə start verib.
BUTA.TV agentliyə istinadən xəbər verir ki, təmir işləri 250 metrlik hissəni əhatə edir.
Prosesin 19 dekabr saat 22:00-a qədər davam etməsi nəzərdə tutulur.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması və zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması işləri icra olunur.
Təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində Zığ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmaqla, əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunub. Bunun üçün ərazidə ayrıcı zolaqda avtonəqliyyat vasitələrinin keçidi üçün hissə yaradılıb, əlavə yol nişanlarının quraşdırılması, yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
- Zelenskidən gözlənilməz gediş: . Mayın 6-da nə baş verəcək?
- Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
- Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni