Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan baş tutacaq görüşlər daha uğurlu keçə bilər. Bunu vasitəçisiz danışıqlarda əldə edilən nəticə - əsirlərin dəyişdirilməsi də təsdiqlədi. Əgər Ermənistan regional platforma - Tiflis variantına razı deyilsə, müzakirələri sərhəddə də davam etdirmək mümkündür.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O vurğulayıb ki, Azərbaycan Pezidenti İlham Əliyev Tiflis formatını təklif kimi dəstəklədiyini nümayiş etdirib:
“Çünki Bakı məsələlərə daima konstruktiv yanaşaraq, nəticələrə hesablanmış addımlar atır. Azərbaycanla Ermənistan arasındakı danışıqlarda beynəlxalq güclərdən biri vasitəçi olarsa, o özünün strateji marağını reallaşdırmağa çalışacaq – istər AB olsun, istər ABŞ və ya Rusiya. Hər biri danışıqlarda vasitəçilikdən öz marağını təmin etməyə çalışacaq. Buna görə Ermənistan anlamalıdır ki, vasitəçisiz, yəni üçüncü tərəf olmadan aparılan danışıq və sülh müqaviləsi hər iki ölkəyə daha çox xeyir verə bilər”.
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?