Dənizə çıxışı olmayan Ermənistan üçün Azərbaycanla sülh sazişinin əhəmiyyəti artıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real adlandırması haqda fikrinə münasibətində qeyd edib.
“Birincisi, sülh sazişi imzalanarsa, Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə və buradan Mərkəzi Asiyaya və Çinə çıxış imkanı əldə edəcək. İkincisi, Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşmasına və sərhədlərinin açılmasına imkan verəcək ki, Ermənistan Aralıq dənizinə çıxış imkanı qazanacaq. “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır” – deyən Paşinyan bununla nəqliyyat kommunikasiyalarının açılmasına marağını ortaya qoyub. Ancaq bunun üçün Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir”, - politoloq bildirib.
- Əgər Juninyo "Qarabağ"a gəlmək istəsə... - Qurbanov
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?