Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.
BUTA.TV xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO