Bayden administrasiyasının Kiyevə dəstəyin davam etdirilməsi ilə bağlı Konqres yanında mövqeyini gücləndirmək üçün ABŞ kəşfiyyatı Ukraynadakı əməliyyatlar barədə məlumatlar açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Kəşfiyyat bildirib ki, Rusiya Ukraynada hərbi əməliyyatların dalana dirənməsinin ona kömək etdiyinə inanır, çünki bu, Qərbin Kiyevə dəstəyini zəiflədir, müharibədə qalib gəlməyi asanlaşdırır.
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Edrien Uotsonun sözlərinə görə, Rusiya itkilərə baxmayaraq, hücumu davam etdirməkdə qərarlıdır:
“İndi Ukraynanı dəstəkləməyə davam etməyimiz həmişəkindən daha vacibdir ki, o, xətti saxlamağa və hətta öz ərazisini geri almağa davam edə bilsin”.
ABŞ kəşfiyyatı son açıqladığı hesabatda qeyd edib ki, Qərbin dəstəklədiyi Ukrayna kampaniyası müəyyən uğur qazanır.
Uotson bununla bağlı bildirib ki, oktyabr ayından bəri Ukraynanın şərqində Avdeyevka-Novopavlovka xətti boyunca 13 mindən çox rus əsgəri ölüb və ya yaralanıb, 220-dən çox hərbi texnika məhv edilib.
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO