Günəş fırtınaları təkcə rabitə sistemləri və peyklərə deyil, həm də qatarların hərəkəti üçün təhlükə yarada, qəza riskini artıra bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Lankaster Universitetinin alimləri məlumat yayıblar.
“Güclü Günəş emissiyaları dəmir yollarında elektron siqnal stansiyalarına müdaxilə edərək maqnit fırtınalarına səbəb ola bilər. Bu müdaxilə, hətta dəmir yolunun “Dayan” və “Hərəkət et” nişanlarını dəyişə bilər. Siqnalın, məsələn, yaşıldan qırmızıya dəyişdirilməsi yalnız hərəkət edən qatarın dayanmasına gətirib çıxaracaqsa, əks vəziyyətdə ciddi fəlakətə səbəb ola bilər”, - məlumatda deyilir.
Alimlər bildiriblər ki, 11 illik Günəş aktivliyi dövrünün ən pik vaxtında dəmir yolu sistemləri və digər infrastruktur üçün risklər xüsusilə yüksək ola bilər.
Qeyd edək ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, cari 11 illik dövrdə Günəşin ən pik həddə çatması 2024-cü ilin yanvar və oktyabr ayları arasında gözlənilir.
- Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar
- Bakıda məscidin yanında 2 yaşlı uşaq tapıldı - FOTO
- Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq - Ərdoğan
- Əliyevlə İran böhranını müzakirə etdik - Meloni
- İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - VİDEO